- Baxış sayı: 86
- 12 Yanvar 2025 19:50
- Baxış sayı: 635
- Yanvar 10, 2025
- 0
Təl-Əvivdə cüdoçuların “Böyük dəbilqə” turniri start götürüb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə millimiz uğurlu çıxış edib.
Kəramət Hüseynov (60 kq) “A” qrupunu qalib başa vurub. Sonrakı 2 görüşü uduzan idmançımız, yekunda 5-ci yerlə kifayətlənib. Bu çəkidə digər təmsilçimiz Balabəy Ağayev 7-ci olub.
Yaşar Nəcəfov (66 kq) da “A” qrupunu zirvədə bitirib. Yarımfinalda monqolustanlı rəqibi üstələyib, finalda yerli cüdoçuya yenilib.
“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.