- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb.
Allsport.az xəbər verir ki, Bakı idman sarayında “Azman Holding”in sponsorluğu ilə keçirilən turnirin son günündə komanda yarışları keçirilib.
Qadınların mübarizəsində qalib Şuşa UGİM olub. Gümüş medala “Umbayev Sport Club”, bürünc mükafata isə “Neftçi” idman klubunun birinci komandası sahib çıxıb.
Kişilər arasında “Kanokan-TT” PCİK çempionluğu əldə edib. “Azəri-Cüdo” İKİB II, “Sərhədçi” İM və “Atilla” İK komandaları III yeri tutublar.