Yelena Boyko: Bakı-2015 Avropanın idman həyatında mühüm hadisə olacaq

Xizəksürmə və biatlon üzrə dəfələrlə Ukrayna çempionu, hazırda İordaniyada üzgüçülük və fitnes üzrə məşqçi işləyən Yelena Boyko ilk Avropa Oyunları ilə bağlı Azərbaycana dəstəyini ifadə edib. Allsport.az saytının məlumatına görə, bizdə idmana böyük diqqət ayrılır. AzərTAc-a müsahibəsində belə genişmiqyaslı tədbirinin təşkilində Azərbaycana, eləcə də idmançılarımıza uğurlar arzulayıb. Qeyd edib ki, çoxillik təcrübəsi olan peşəkar idmançı kimi Bakının birinci Avropa Oyunlarını keçirmək şərəfinə layiq görüldüyünə çox şaddır:

“Azərbaycan qədim ənənələrə və zəngin mədəniyyətə malik gözəl və perspektivli ölkədir. Burada idmana böyük diqqət ayrılır. Birinci Avropa Oyunları Azərbaycan tarixində, özü də təkcə sizin ölkənizin deyil, bütün Avropanın idman həyatında ən böyük tədbir və mühüm hadisə olacaq. Sevindirici haldır ki, Azərbaycan idman dövlətinə çevrilir”.

Onun sözünə görə, birinci Avropa Oyunları dünya Olimpiya hərəkatına sanballı töhfə verəcək və gələcək Avropa oyunlarının möhkəm təməlini qoyacaq. Yelena Boyko bunu alavə edib: “Əminliklə deyə bilərəm ki, bu idman tədbiri ən yüksək səviyyədə təşkil olunacaq və bütün qitənin idmançılarını birləşdirəcək, eləcə də ümumi diqqəti ölkənizə cəlb edəcək”.

 

Həmin kateqoriyadan