FOTO
Yeni cüdo klubunun açılışı oldu

Bu gün Bakı olimpiya və paralimpiya cüdo klubunun açılışı olub. Allsport.az xəbər verir ki, mərasimində milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov, komitənin vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, Azərbaycan cüdo federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli və baş katibi Rəşad Rəsullu, klubun rəhbəri, milli paralimpiya komitəsinin cüdo idman növü üzrə qadınlardan ibarət komandasının baş məşqçisi, paralimpiya çempionu Ramin İbrahimov və paralimpiya çempionları iştirak ediblər.

Açılış mərasimində iştirak edən Milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov komitənin vitse-prezidenti, İlham Zəkiyev, cüdo federasiyasının vitse-prezidenti Elnur Məmmədli və baş katibi Rəşad Rəsullu, klubun rəhbəri Ramin İbrahimov ilə birlikdə açılış lentini kəsərək, idman ictimaiyyətini bu əlamətdar hadisə münasibəti ilə təbrik edib, gənclərin fiziki sağlamlığının qorunmasında, onların idmana marağının artırılmasında, habelə ölkə idmanının inkişafında əhəmiyyətli rol oynayacağını vurğulamış, rayon ərazisində fəaliyyət göstərən idman klubları və respublika əhəmiyyətli idman qurğularınının sırasına yeni qoşulan Bakı olimpiya və paralimpiya cüdo klubunun gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Klubun rəhbəri Ramin İbrahimov bildirib ki, klubda fiziki məhdudiyyətli idmançılarla yanaşı yeniyetmə və gənclərin də məşq etməsi fiziki məhdudiyyətli idmançıların cəmiyyətə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıyır.

Həmin kateqoriyadan