- Baxış sayı: 59
- 03 Mart 2026 12:56
- Baxış sayı: 73
- Mart 02, 2026
- 0

Martın 6-da Melburn halqasında start götürəcək Formula-1-in 2026-cı il mövsümünün ilk yarışı — Avstraliya qran prisi öncəsi pilotların cərimə balları bəlli olub.
Allsport.az xəbər verir ki, cərimə ballarının sayına görə “Haas”ın pilotu Oliver Berman (10 bal) siyahıya başçılıq edir. Reqlamentə əsasən, 12 bal toplayan sürücü bir yarışlıq diskvalifikasiya olunur.
Sonrakı pillələrdə Lens Stroll (6 bal) və Liam Louson (6 bal) qərarlaşıblar. Yeni mövsümdə “Ferrari”nin rənglərini qoruyacaq Lüis Həmilton və dünya çempionu Maks Ferstappenin hərəyə 3 cərimə balı var. Siyahıda ən az cərimə balına malik sürücülər isə Şarl Lekler və Esteban Okondur (hərəyə 1 bal).