- Baxış sayı: 289
- 26 Dekabr 2025 14:22
- Baxış sayı: 47
- Dekabr 31, 2025
- 0

Qadınlardan ibarət millinin üzvləri yeni təqvim ili ərəfəsində “Azərbaycan uşaqları” ictimai birliyinin uşaq sığınacağı – reinteqrasiya mərkəzini ziyarət ediblər.
Allsport.az saytı xəbər verir ki, görüşdə AFFA-da qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva, qadınlardan ibarət milli komandanın baş məşqçisi Siyasət Əsgərov, uşaq sığınacağının təsisçisi Kamalə Ağazadə və milli komandanın futbolçuları iştirak ediblər.
Tədbirin əsas məqsədi uşaqlara diqqət və qayğı göstərmək, eyni zamanda qadın futbolçuların sosial və xeyriyyə layihələrində fəal iştirakını nümayiş etdirmək olub.