Yeniyetmə taekvondo yığmamızın Ordu səfəri

Türkiyənin Ordu şəhərində yeniyetmə taekvondoçuların beynəlxalq turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 19 may Atatürkün anım, gənclik və spor bayramı münasibətilə təşkil edilən yarışlarda yeniyetmə 17 milli üzvü dayanq üzərinə çıxacaq.

Məşqçilər heyəti oğlanlarda Şamil Mirzəyev (33 kq), Ümid Hacıyev, Nihat Məmmədzadə (hər ikisi – 37 kq), Pünhan Mürsəlov (41 kq), Vaqif Hacıyev (45 kq), Fərid Əliyev (49 kq), Nizami Hacıyev (53 kq), Yusif Abbasəlizadə (57 kq), İbrahim Əlizadə (61 kq), Fəttah Fəttahzadə (65 kq), Asim Əlimov (65 kq yuxarı), qızlarda Zemfira Həsənzadə (29 kq), Kamilla Ələsgərova (33 kq), Şəbnəm Novruzova (37 kq), Sevda Əzizova (-41 kq), Xədicə İsmayılova (44 kq), Səmmərux Osmanova (51 kq) fürsət verəcək.

Komandamız baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə 15 mayda qardaş ölkəyə yollanacaq.

Həmin kateqoriyadan