- Baxış sayı: 86
- 23 Noyabr 2025 10:00
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

Türkiyənin Ordu şəhərində yeniyetmə taekvondoçuların beynəlxalq yarışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 19 may Atatürkün anım, gənclik və idman bayramı münasibətilə keçirilən tədbirin 2-ci fünü də milli üzvləri uğura çıxış ediblər.
Mükafatçılar sırasında yer alan taekvondoçulardan Pünhan Mürsəlov (41 kq), Fərid Əliyev (49 kq), Asim Əlimov (+65 kq), Səmmərux Osmanova (51 kq) qızıl, Səriyyə Bağırova (51 kq) gümüş medala yiyələniblər. Fazil Hüseynov (57 kq) bürünc mükafatla kifayətlənib.
Komandamız oğlanlar arasında 1-ci, qızlarda 2-ci yer tutub. Türkiyə, Suriya və Azərbaycan idmançılarının qatıldığı turnirdə ümumilikdə 300 taekvondoçu mübarizə aparıb.