- Baxış sayı: 102
- 21 Oktyabr 2025 19:23
- Baxış sayı: 77
- Dekabr 05, 2025
- 0

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu Türkiyənin “Karşıyaka” klubunun baş məşqçisi Cüneyt Dumlupınar istefa verib. Allsport.az xəbər verir ki, buna komandanın PTT 1-ci liqasındakı uğursuz çıxışı səbəb olub.
Dumlupınar açıqlamasında ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: “Bu komandaya və oyunçulara güvənirəm və inanıram. Komanda mövsümün sonunda Super Liqaya vəsiqə qazanacaq”.
Qeyd edək ki, “Karşıyaka” Türkiyə PTT 1-ci liqasının cari mövsümündə keçirdiyi 6 oyunda cəmi 5 xal qazanıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Komandanın yeni baş məşqçisinin kim olacağı isə bilinmir.