- Baxış sayı: 28
- 05 Dekabr 2025 19:17
- Baxış sayı: 39
- Dekabr 05, 2025
- 0

Almaniya ikinci Bundesliqasında 12-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – “Karlsrue” də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Kayzerslautern”lə qarşılaşıb. Matç 2:0 hesabı ilə futbolçumuzun komandasının xeyrinə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov 90+2-ci dəqiqədə əvəzlənib. “Karlsrue”nin ilk qolunu məhz 45-ci dəqiqədə penaltidən fərqlənən Nazarov vurub.
Qeyd edək ki, “Karlsrue” hazırda 15 xalla 12-ci pillədə qərarlaşıb.