- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Qarabağ” konfrans liqasının qrupunun 1-ci turunda evdə İsveçrənin “Bazel” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov bunu dedi:
“Çempionatda “Neftçi” ilə yaxşı oyunumuz oldu. Çox istərdim bütün görüşlər belə keçsin. Yorğunluq haqda düşünmək lazım deyil. Uzun illərdir avrokuboklarda qrup mərhələsində çıxış edirik, yetərincə təcrübəmiz var. Futbolçunun yüklənməsi deyil, nə qədər istirahət etməsi önəmlidir.
Konfrans liqası yeni yarışdır. Tam fərqli yanaşma, tam fərqli rəqiblər olacaq. Bir az bundan narahatam. Amma inanıram ki, yekun xeyrimizə olacaq. Futbolçular çox istəklidirlər”.