- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 176
- Fevral 06, 2026
- 0

Təmkin Xəlilzadə premyer liqada 150-ci matçını keçirib. Allsport.az xəbər verir ki, XVIII turun “Neftçi”yə qarşı səfər görüşü (1:2) “Sabah”ın yarımmüdafiəçisi üçün əlamətdar olub.
O, yubileyi vurduğu qolla qeyd edib. Çempionatda 2013/14 mövsümündə “Qarabağ”ın (4 oyun) heyətində debüt edən futbolçu AZAL (22 oyun), “Zirə” (68 oyun, 5 qol) və “Qəbələ”də (23 oyun, 1 oyun) də oynayıb. Təmkin “Sabah”da 33-cü matçında ilk topunu vurub. O, bu müddətdə ümumilikdə 7 qol vurub.