- Baxış sayı: 46
- 03 Fevral 2026 23:04
- Baxış sayı: 151
- Fevral 02, 2026
- 0

Qadın güləşçilərimizdən ibarət millimizin liderlərindən olan Yuliya Ratkeviç, ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanmaqla, rekorda yiyələnib.
Allsport.az saytının statistika şöbəsinin məlumatına görə, buna qədər o, eyni yarışda 4 dəfə (2009-I; 2010-II; 2013-III; 2014-II) fərqlənib. İdmançımız bu nəticə ilə güləş növlərimiz arasında ilk edib (nəzərə alaq ki, Yuliya 2 dəfə analıq məzuniyyəti ilə əlaqədar, çıxışına müvəqqəti ara verib).
Qadınlarda Mariya Stadnik, «klassiklər»də Rövşən Bayramov, sərbəst güləşdə Namiq Abdullayev və Xetaq Qazyumov 4 dəfə medal qazanıblar. Bir məqam var ki, adı son çəkilən bahadır onun rekordunu təkrarlamağa yaxındır. Titullu pəhləvanımız bu gün döşək üzərinə çıxacaq.