Yunan-Roma güləşçilərimizin Rio-2016 öncəsi yerində son hazırlığı

Rio-de-Janeyroda 31-ci Yay olimpiya oyunlarında yunan-Roma güləşçilərin mücadiləsində yarış 14-16 avqustda keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi ilə heyətdə Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (66 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq) yer alıblar.

Proqrama əsasən, güləş yarışlarının ilk günündə 59 və 75 kq, avqustun 15-də 85 və 130 kq, 16 avqustda isə 66 və 98 kq çəkilərdə idmançılar mübarizə aparacaqlar.

Həmin kateqoriyadan