Yunan-Roma və qadın güləşçilərimiz Parisə yola düşüb

Güləş üzrə olimpiya komandamızın yarısı bu gün Fransaya yollanıb.  Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləşçilərimiz – Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq), eləcə də qadın güləşçimiz Mariya Stadnik (50 kq) yay olimpiya oyunlarında iştirak etmək üçün Parisə yola düşüb.

Heydər Əliyev beynəlxalq aeroportunda keçirilən yola salma mərasimində gənclər və idman nazirliyinin, Azərbaycan güləş federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak edib.

Avqustun 5-də Muradla Sabah, növbəti gün Sənan və Mariya, Həsrətlə Rafiq isə ayın 7-də mübarizəyə başlayacaq.

Olimpiadanın son günlərində çıxış edəcək sərbəst güləşçilərimiz avqustun 6-da Parisə yollanacaq.

Həmin kateqoriyadan