Yunis Hüseynov: “1-ci hissədə oyunumuz alınmadı”

 Premyer liqanın 9-cu turunda “Keşlə” öz meydanında “Qəbələ”ni 3:1 məyus edib. Allsport.az saytı xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Yunis Hüseynov sevincini belə bölüşüb: 

“İlk növbədə səngərdə döyüşən əsgərlərimizə uğurlar arzulamaq istəyirəm. Oyuna gəldikdə isə, bu gün bizə qələbə lazım idi. Ötən tur alınan məğlubiyyətdən sonra, komandanı toparlamaq çətin olsa da, biz bunu bacardıq.

Birinci hissədə oyunumuz alınmadı, lakin fasilədən sonra özümüzə gəldik və qələbə qazandıq. Qarşıda 15 günlük fasilə var, var bu fasilədən səmərəli istifadə etməyə çalışacağıq”.

Həmin kateqoriyadan