- Baxış sayı: 41
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 792
- Mart 30, 2026
- 0

Premyer liqanın 10-cu turunda “Keşlə” səfərdə “Zirə”yə 1:3 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Yunis Hüseynov bunu deyib:
“İlk növbədə xalqımızı torpaqlarımızın azad olunması münasibətilə təbrik edirəm. Oyuna gəldikdə isə, maraqlı qarşılaşma izlədiyimizi düşünürəm. Bura qələbə üçün gəlsək də, yekunda məğlub olduq.
Buna rəğmən, 2-ci hissədə göstərdiyimiz oyundan razı qaldım, lakin səhvlərə yol verib, qapımızda qollar gördük. Əlbəttə ki, itkilərimiz var idi. İrəlidə bəzi futbolçuların oyunu buraxması öz sözünü dedi”.