Yunis Hüseynov: “Bu gün uduzmalı deyildik”

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov premyer liqanın 14-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, 56 yaşlı mütəxəssis 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib:

“Bu gün hər bir komanda qələbə qazanmaq istədi. Fasilədən sonra ilk matçda güclər bərabər olur. İlk yarıda 10 nəfərlə qaldıq. İnanıram ki, gələcəkdə daha yaxşı nəticə qazanacağıq. Matç ərzində üstünlük bizdə idi, lakin fürsətlərdən yararlana bilmədik. Qırmızı vərəqə alan Elçin Mustafayevin üstündən xətt çəkmək olmaz. Vüsal İsgəndərli həvəslə oynayır. 90 dəqiqə mübarizə aparır. Mənim komandamda hamı 90 dəqiqə ərzində özünü göstərdi. Bu gün uduzmalı deyildik”.

Həmin kateqoriyadan