- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Avropa liqasının I təsnifat mərhələsində “Laçi” ilə keçiriləcək oyunundan öncə fikrini bölüşüb. Allsport.az xəbər verir ki, o, qələbəyə inandığını bildirib:
“Komanda şəklində oyuna ciddi hazırlaşmışıq. Premyer liqanın ilk turunda qələbə qazanmağımız bizim üçün yaxşı stimuldur. İnanıram ki, sabah da yaxşı çıxış edib, qalib gələcəyik. Bu inamı mənə futbolçularımız verib.
Rəqibi təhlil etmişik və bilirik ki, “Laçi” güclü komandadır. Şahruh Qadoyev son oyunda zədələnib, lakin digər zədəlilərimiz – Cavid İmamverdiyev və Con Kamara artıq sıralarımıza qayıdıblar”.