- Baxış sayı: 31
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Azərbaycan millisinin baş məşqçi postundan gedən Nikola Yurçeviç sosial şəbəkə hesabında vida sözü yazıb. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı mütəxəssis hər kəsə təşəkkür edib:
“AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisini çalışdırdım. Mənim üçün böyük mübarizə oldu, hər andan həzz aldım. Hər kəsə – futbolçulara, köməkçilərə, dəstəkçilərə, AFFA-ya təşəkkür edirəm. İndi yeni fürsətlər üçün səbirsizlənirəm”.
Azərbaycan millisi 52 yaşlı mütəxəssisin rəhbərliyi ilə AÇ-2020-nin seçmə mərhələsində 8 oyuna 1 xal yığıb.