- Baxış sayı: 10
- 24 Noyabr 2024 10:54
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Massimiliano Alleqri 2023/24 mövsümündə “Yuventus”u çalışdırmağa davam edəcək.
Allsport.az xəbər verir ki, bazar Turin təmsilçisinin rəhbərliyi 55 yaşlı mütəxəssislə əməkdaşlığı davam etdirmək qərarını təsdiqləyib.
Səbəblərdən biri iqtisadi xarakter daşıyır və Alleqrinin 2025-ci ilə qədər hesablanmış müqaviləsinin işdən çıxarılması halında nəzərdə tutduğu əhəmiyyətli təzminatla bağlıdır.
Bu mövsüm klub “A” seriyasında 10 xaldan məhrum edilərək 7-ci yeri tutub.
Onlar, qrup mərhələsində Çempionlar liqasından kənarda qaldılar, sonra isə Avropa Liqasının yarımfinalına yüksəldilər. İtaliya kubokunda isə yarımfinal mərhələsində mübarizəni dayandırıblar.