“Yuventus” ulduz futbolçunu alır

“Yuventus” “Aston Villa”nın qapıçısı Emiliano Martinesin transferində maraqlıdır.

Allsport.az xəbər verir ki, dünya çempionu artıq yayda Birmingem klubunu tərk edə bilər.

Martinesin hazırkı klubu ilə müqaviləsi 2029-cu il iyunun 30-na qədərdir, onun transfer dəyəri isə 15 milyon avro civarında qiymətləndirilir.

Cari mövsümdə argentinalı qolkiper “Aston Villa”nın heyətində 30 rəsmi matçda meydana çıxıb, bu oyunlarda qapısında 34 qol görüb və 8 görüşdə qapısını toxunulmaz saxlayıb.

2022-ci ildə Argentina millisi ilə dünya çempionu olan Martines, həmçinin 2023 və 2024-cü illərdə “France Football”un versiyasına görə ardıcıl iki dəfə dünyanın ən yaxşı qapıçısı seçilib.

Həmin kateqoriyadan