- Baxış sayı: 14
- 01 Aprel 2026 10:38
- Baxış sayı: 797
- Mart 30, 2026
- 0
“Səbail” premyer liqanın 12-ci turunda “Keşlə”yə 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qonaqların məşqçisi Emin Ağayev qələbəyə belə şərh verib:
“İlk yarıda bir neçə imkanımız oldu. Nəticədə, 2 qol vurduq. 2-ci hissəyə yaxşı başlamadıq. Fasilədən sonra vəziyyət dəyişdi. Qonaqlar daha çox hücum etdilər. Biz isə əks-hücumlara bel bağlamışdıq. 3 epizodumuz olsa da, yararlana bilmədik.
Düşünürəm ki, 2:0 bizim üçün normal nəticədir. Yuxarı pillələrə qalxmaq istəyirik. Hazırda əsas məqsədimiz budur. Bundan sonra digər məsələlər barədə fikirləşmək olar”.