- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Global Fighting Championship 3” turnirinin qalibi olub. Allsport.az xəbər verir ki, 31 yaşlı idmançımız ardıcıl iki görüşdə qalib gəlməklə yarışın fəxri mükafatına sahib çıxıb.
Qaydalara əsasən 4 idmançının təmsil olunduğu turnirdə qaliblər finalda əsas mükafat uğrunda yarışıb. Yarımfinalda şotlandiyalı idmançı Stiv Makkinnonu üstələyən Zabit Səmədov finala adlayıb. Finalda Səmədov Konqo-Almaniya əsilli Danyo İlunqa ilə üz-üzə gəlib. 3 raunddan ibarət görüşdə rəqibinə güclü zərbələr vuran Səmədov İlunqaya şans verməyib. Hakimlərin qərarına əsasən döyüşçülər əlavə 4-cü raundda mübarizə aparmalı olub. Yekunda hakimlərin qərarına əsasən Zabit Səmədov “Global Fighting Championship 3” turnirinin qalibi olub.
İdmançımız qalib üçün ayrılan kuboka və 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib olub.