- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan kubokunun “Qəbələ” və “Sumqayıt” arasında final oyunundan (1:0) sonra qalib komandanın 2-ci məşqçisi Zaur Həşimovun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi onun fikri ilə tanış edir:
“Az öncə kuboku qazandıq. Çox sevindiricidir ki, “Qəbələ”nin neçə illik həsrətinə son qoyulmasının qələbə şərhini verirəm. Bu qələbəni kimə həsr edəcəyimizi soruşsanız, bir nömrəli cavab Tale Heydərov olacaq.
Futbolçular məsuliyyəti başa düşərək meydanda əllərindən gələni etdilər, qarşıya qoyulan məqsədə nail oldular. Oyun ağır keçdi. Çox güman ki, bu, hava şəraiti, dağlıq ərazidə oynamağımızla bağlı idi.
Hər iki komanda çətinlik çəkdi, boğulmalar baş verirdi. Qələbənin məsuliyyəti futbolçuları gərginlikdə saxlayırdı. Hamısına təşəkkür edirəm. Qəbələ şəhərini, yanımızda olan hər kəsi təbrik edirəm”.