- Baxış sayı: 38
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 789
- Mart 30, 2026
- 0

Premyer liqanın 17-ci turunda evdə “Qarabağ”a uduzan (0:6) “Zirə”nin baş məşqçisi Zaur Həşimov oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:
“Geniş danışası bir şey yoxdur. Pis olan odur ki, evdə böyük hesabla uduzduq. Təəssüf ki, mübarizəsiz təslim olduq. Ən böyük problem budur. Turnir cədvəlinə baxanda hazırda 5-ciyik, kubokda isə yarımfinal oynayacağıq. Təsim olmaq fikrimiz yoxdur. Bu oyuna görə hansı tədbirlər lazımdısa, komandanın içində özümüz görəcəyik”.