- Baxış sayı: 38
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0

“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Səbail”lə matçdan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qolsuz heç-heçəni şərh edib:
“Oyunda məni ən çox meydan amili narahat edirdi. Süni meydanda oynamaq çətindir. Oyunçuların zədələnməsindən qorxurduq. Bu baş vermədi. Qarşılaşmanı qollu heç-heçə ilə bitirmək istəyirdik. Sevindirici məqam odur ki, qol buraxmadıq. Görüş kifayət qədər stressli oldu. Hesab rəqibə sərf edir. Premyer liqada belə stress olmur. Qollu heç-heçə olsaydı, mərhələni keçmək şansımız daha çox olardı”.