- Baxış sayı: 55
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 170
- Fevral 09, 2026
- 0

Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev Avropa voleybol konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.
Allsport.az xəbər verir ki, Hacıyev noyabrın 19-da Sloveniyanın Kamnik şəhərində keçiriləcək CEV kubokunun 1/16 final mərhələsinin oyununu idarə edəcək. Həmyerlimiz kişi voleybolçulardan ibarət Sloveniyanın “Calcit KAMNIK” və Portuqaliyanın “Sport LISBOA e Benfika” klublarının qarşılaşmasında ikinci hakim olacaq. Qarşılaşmanın birinci hakimi isə bosniya və herseqovinalı Jasmin Hüseynoviçdir.
Komandalar arasında baş tutan ilk matçda Portuqaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.