- Baxış sayı: 17
- 28 Noyabr 2024 17:21
- Baxış sayı: 76
- Noyabr 28, 2024
- 0
Azərbaycan premyer liqasında III turun daha bir oyunu keçirilib.
Allsport.az xəbər verir ki, “Keşlə” “ASK Arena”da “Zirə” ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqların heyətində hər iki qolu ikinci hissədə Davit Volkov vurub. Gürcüstanlı hücumçu 64 və 72-ci dəqiqələrdə fərqlənib.
28-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar. Rəqibin müdafiəçisi Nemanya Ancelkoviçin qarın nahiyyəsinə zərbə endirən Anatole Abanq birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Yeni mövsümdə ilk qələbəsini qazanan “Zirə” xallarının sayını 4-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib. Xalı olmayan “Keşlə” isə “Sabah”la birlikdə 7-8-ci yerləri bölüşdürür. Yeri gəlmişkən, “Sabah” turun açılış matçında evdə “Qəbələ”yə 0:2 hesabı ilə uduzub.