- Baxış sayı: 14
- 28 Noyabr 2024 17:21
- Baxış sayı: 74
- Noyabr 28, 2024
- 0
Azərbaycan premyer liqasında V turun daha bir oyunu keçirilib.
Allsport.az xəbər verir ki, günün ikinci matçında “Səbail” “Zirə”ni qəbul edib.
“ASCO arena”dakı qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 16-cı dəqiqədə “Zirə”nin gürcüstanlı hücumçusu Davit Volkov Camal Araqonun səhvindən sonra hesabı açıb. 26 yaşlı forvard 40-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.
5 dəqiqə sonra Yurgen Qoca hesab arasındakı fərqi azaldıb. İkinci yarıda komandaların bir neçə cəhdi olsa da, görüşdə başqa qol vurulmayıb.
Qələbə sayəsində xallarının sayını 8-ə çatdıran “qartallar” üçüncü pilləyə yüksəlib. “Dənizçilər” isə 6 xalla 4-cü sıradadır.