“Zirə”dən əzmkar qələbə! Azərbaycan klubu KL-in pley-ofunda!

“Zirə” avqustun 15-də konfrans liqasının 3-cü təsnifatında “Osiyek” ilə evdə cavab görüşünə çıxıb. Allsport.az saytı xəbər verir ki, “Dalğa arena”da oyunun əsas vaxtı 2:2 başa çatıb. Komandamız 2 dəfə hesabda geri düşməsinə rəğmən, geridönüş edə bilib. Bizdən Qismət Alıyev (55-pen) və Davit Volkov (90 dəq) fərqləniblər.

Xorvatiyada hesab 1:1 bitdiyindən, hakim əlavə 30 dəqiqə verib. Bu mərhələdə də nəticə dəyişməyib. 11-metrlik cərimə zərbəsində isə gərgin anlar yaşanıb. “Qartallar”ın qapıçısı Tiaqo Silva həmkarına nisbətdə daha çox qəhrəmanlıq edib. O, rəqibin 4 penaltisini qaytarıb. Qarşı tərəfdə Nikola Çavlina 3 dəfə dəqiq olub.

Komandamız bu sıralamada 2:1 qalib gələrək mərhələ adlayıb. “Zirə” pley-ofda “Omoniya” (Kipr) ilə üz-üzə gələcək. 

Həmin kateqoriyadan