- Baxış sayı: 23
- 29 Noyabr 2024 16:14
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Zirə”nin perulu futbolçusu Alvaro Ampuero ovacion.pe saytına müsahibə verib. Allsport.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Azərbaycanda koronavirusla bağlı yaranmış vəziyyətdən danışıb:
“Kütləvi tədbirlərin qarşısı alınıb. Bütün günü evdə oluram. Bu vəziyyətin düzəlməsini gözləyirik. 15 gündür məşqlər dayandırılıb. Evdə müəyyən hazırlıq planı var”.
Ampuero Azərbaycanla Peru futbolunu müqayisə edib: “Burada yaxşı çempionat keçirilir. Azərbaycandakı futbol səviyyəsinin necə olduğunu bilmirdim, amma gələndən sonra yaxşı mənada təəccübləndim. Mənə elə gəlir ki, burada oyunlar daha ağır keçir. Peruda isə taktiki plana önəm verirlər. Bütün amillərə baxdıqda yaxşı səviyyəsi olan çempionatdır”.