- Baxış sayı: 14
- 01 Aprel 2026 10:38
- Baxış sayı: 797
- Mart 30, 2026
- 0

“Zirə”nin futbolçusu Cəlal Hüseynov premyer liqada debüt edib. Allsport.az saytı xəbər verir ki, o, 7-ci turda “Qarabağ”la ev oyununda (0:0) meydana çıxıb. Start heyətində imkan qazanan müdafiəçi qarşılaşmada 90 dəqiqə iştirak edib.
Cəlal “Zirə”nin tarixində meydana çıxan ən gənc futbolçudur. O, 17 yaş 9 ay 23 günlüyündə rekorda nail olub. Buna qədər uğur 19 yaş 4 ay 12 günlüyündə Rafael Məhərrəmliyə məxsus idi.