- Baxış sayı: 187
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 187
- Dekabr 05, 2025
- 0

“Zirə” premyer liqada ev oyunlarında 100-cü qolunu vurub. Allsport.az saytı xəbər verir ki, Bu, 14-cü turda “Qəbələ” ilə görüşdə təsadüf edib. 2:0 hesabı ilə başa çatan qarşılaşmada “qartallar”ı 2-ci dəfə Davit Volkov sevindirib.
“Zirə” bunadək öz meydanında keçirdiyi 76 oyunda 98 qol vurmuşdu. 100-ə 77-ci matçda çatan komandamızın orta məhsuldarlığı 1,30-a bərabərdir. “Qartallar”ın evdə 1-ci topunu Viktor İqbekoyi 2015-ci avqustun 9-da AzAL-la ev görüşündə vurub.
“Zirə”nin öz meydanındakı 50-ci qolu isə 2017-ci il oktyabrın 14-nə təsadüf edib. “Kəpəz” üzərində 3:0 hesablı qələbədə 2-ci qolu vuran Təmkin Xəlilzadə yubiley topunun müəllifi olub.