“Zirə”nin 200-cü qolunu Mfo Kqasvane vurub

“Zirə” klub tarixində 200-cü dəfə fərqlənib. Allsport.az saytı xəbər verir ki, bu qol Azərbaycan premyer liqasının 23-cü turuna təsadüf edib. “Baksell arena”da “Neftçi” ilə qarşılaşan “qartallar”ın bu oyunda (2:4) vurduğu 2-ci qol yubiley xarakteri daşıyıb. Bu topa penaltindən Mfo Kqasvane vurub.

2014-cü ildə yaradılan “Zirə” indiyədək 161 oyun keçirib. Bu matçlarda 200 qol vuran komandanın orta məhsuldarlığı 1,24-ə bərabərdir.

Bu qollardan 125-i premyer liqa, 55-i 1-ci divizion, 15-i Azərbaycan kuboku, 5-i Avropa liqasına təsadüf edib. “Qartallar” evdə 110, səfərdə 90 dəfə fərqlənib.

Həmin kateqoriyadan