- Baxış sayı: 22
- 29 Noyabr 2024 17:32
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Zirə”nin qapıçısı Mateus Albino premyer liqada ardıcıl 4-cü quru oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu sonuncu dəfə oktyabrın 18-də “Sumqayıt”la səfər görüşündə (1:2) qol buraxıb. Ardınca “Qarabağ” (0:0), “Səbail” (0:0) və “Sabah”la (1:0) görüşlərdə qapısını toxunulmaz saxlayan qolkiper, sonuncularla qarşılaşmanın uzatma dəqiqələrində qırmızı vərəqə alıb.
Bu səbəbdən ötən turun “Keşlə” ilə matçını (3:1) buraxan Mateus quru oyunlar seriyasını 11-ci turda davam etdirməli olub. “Neftçi” ilə qarşılaşmada (0:0) da qol buraxmayan Albino ardıcıl dördüncü belə oyununu keçirib.
Braziliyalı futbolçu klub tarixinin ölkə çempionatında rekordunu təkrarlayıb. 2015/2016-cı il mövsümündə Anar Nəzirov da ardıcıl 4 quru oyun keçirib. O, mövsümün ikinci yarısında “Sumqayıt” (1:0), “Rəvan” (4:0), “Xəzər Lənkəran” (1:0) və “Neftçi” (0:0) ilə matçlarda qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, Albino “Zirə”də keçirdiyi 9 oyundan 5-ində qol buraxmayıb.