- Baxış sayı: 48
- 06 Mart 2026 22:52
- Baxış sayı: 268
- Mart 05, 2026
- 0

Qətərdə səfərdə olan “Zirə”nin idarə heyətinin sədri Orxan Məmmədov, bu ölkənin “Ər-Rayyan” klubunun rəsmiləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, vitse-prezidenti Əli Salem Afifa və idman direktoru Məhəmməd Ələtvaanla söhbətdə, müxtəlif fikir mübadilələri aparılıb və təcrübələr bölüşülüb.
Görüş zamanı komandaların gələcəkdə bir-birləriylə yoxlama oyunu keçirmə perspektivi də müzakirə edilib. Tərəflər sonra Asiya çempionlar liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Ər-Rayyan” – “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) oyununu izləyiblər.