- Baxış sayı: 41
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 792
- Mart 30, 2026
- 0

Davit Volkov “Zirə”nin heyətində qol hesabını açıb. Allsport.az xəbər verir ki, gürcüstanlı oyunçu ilk qolunu premyer liqanın 20-ci turunun “Səbail”lə səfər matçında vurub.
3:1 hesablı qələbədə pay sahibi olan hücumçu klub tarixinə qol sevinci yaşayan 64-cü oyunçu kimi düşüb. O, “qartallar”ın heyətində yüksək dəstədə qol sevinci yaşayan ilk gürcüstanlıdır.