- Baxış sayı: 33
- 06 Fevral 2026 12:51
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Premyer liqanın yeni mövsümündə het-trik elə ilk turda qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, bu, “Zirə” – “Səbail” oyununda (4:1) gerçəkləşib. Davit Volkov 1-ci hissədə 3 qol vurub.
Gürcüstanlı hücumçu bununla da Azərbaycan çempionatları tarixinə düşüb. O, ən çox het-trik edən legionçu adına yiyələnib. “Qartallar”da 2-ci dəfə belə uğura nail olan Volkov “Sabah”ın heyətində də 1 het-trik müəllifi olub.
3 het-trik edən ilk əcnəbi kimi tarixə düşən gürcüstanlı hərəyə 2 dəfə fərqlənən Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahadır Nəsimov və Reynaldo Silvanı arxada qoyub.