“Zirə”nin paraqvaylı futbolçusu 4-cü yerə şərik olub

Premyer liqada “Zirə”nin bombardirləri siyahısında dəyişiklik olub. Allsport.az saytı xəbər verir ki, 27-ci turun “Keşlə” ilə səfər oyununda (3:1) dubl edən Xulio Sezar Rodriqes qol sayını 6-ya çatdırıb. 

Qış fasiləsində komandaya qoşulan paraqvaylı hücumçu, klub tarixinin bombardirləri sırasında 4-cü yerə şərik çıxıb. O, eyni sayda qola imza atan Yovan Krneta, Vüsal İsgəndərli, Aleksandr Dedova çatıb. Rodriqes yalnız üç oyunçudan – Nelson Bonilla (14), Riçard Qadze (10) və Milan Duriçdən (8) geri qalır.

Xulio “Zirə”nin heyətində ilk dublu edib. O, komandanın tarixinə bir çempionat matçında iki qol vuran 10-cu futbolçu kimi tarixə düşüb. Rodriqesə qədər 9 oyunçu ümumilikdə 12 dubla imza atmışdı. İki qol vuran forvard “Zirə”nin dubl sayını 13-ə çatdırıb. Nelson Bonilla üç, Təmkin Xəlilzadə 2 dəfə belə uğura yetişibsə, digər 7 oyunçu, o cümlədən, paraqvaylı 1 qarşılaşmada 2 dəfə fərqlənib.

Həmin kateqoriyadan