- Baxış sayı: 30
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 784
- Mart 30, 2026
- 0

“Zirə”nin qış təlim-məşqinin proqramı bəllidir. Allsport.az saytı xəbər verir ki, komandamız yanvarın 3-dən Bakıda bir araya gələcək.
Ayın 7-nə kimi paytaxtda hazırlıq keçəcək “qartallar” ertəsi gün Türkiyənin Antalya şəhərində “İC Santai” mehmanxanasında məskunlaşacaq. “Zirə” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb.
Komandamız yanvarın 11-də Türkiyənin “Ümraniyəspor”, 16-da Rumıniyanın “Sepsi”, 21-də isə Serbiyanın “Napredak” klubları ilə qarşılaşacaq. ”Qartallar” yanvarın 22-də Bakıya dönəcək.