- Baxış sayı: 7
- 27 Mart 2026 21:10
- Baxış sayı: 23
- Mart 27, 2026
- 0

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, premyer liqasının 5-ci turunda qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Sumqayıt” – “Araz Naxçıvan” oyununda qonaqların 5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.
“Şamaxı” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğundan, meydan sahibi 800 manat cərimələnib.
“Kəpəz” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğu üçün, Gəncə klubu 800 manat ziyana düşüb.
“Zirə” – “Qarabağ” oyununun 29-cu dəqiqəsində “qartallar”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə”yə xəbərdarlıq edilib.