- Baxış sayı: 106
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 73
- Noyabr 21, 2024
- 0
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xırdalanda və Astarada 7-ci “Zirvə” beynəlxalq uşaq oyunlarında bu klubun uşaq-idman akademiyasının şahmat zalında 60-dan çox uşaq qələbə qazanmağa çalışıblar. Ən kiçik iştirakçısının 4 yaşı olan bu turnir bir çoxları üçün ilk idman sınağı xarakteri daşıyıb. Bunu onların gözlərində həyəcandan sezmək çətin olmayıb. Valideynlərinin dəstəyini hiss edən gənc zəka sahibləri öz blikiləri ilə rəqiblərindən üstün olmağa çalışıblar.
Reqlamentə əsasən yarışlar İsveçrə sistemi ilə keçirilib. 7 turluq mübarizədə uşaqlar 10, 12 və 14 yaşa qədər qız və oğlnalar arasında medalçıları müəyyənləşdiriblər. Müvafiq olaraq Paşam Əliyev, Aysu Məmmədli, Fatih Həsənli, Ayşə Əliyeva, Əli Züqanov və yaxşı Səxavət Qurbanlı fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Mükafatçılara medal, diplom və xatir hədiyyələri təqdim olunub.