- Baxış sayı: 52
- 16 Fevral 2026 11:03
- Baxış sayı: 354
- Fevral 16, 2026
- 0

AFFA-nın qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, o, qadınlar arasında Avropa kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Austriya” (Avstriya) – “Sparta” (Çex respublikası) matçının UEFA nümayəndəsi olacaq.
Qarşılaşma fevralın 18-də Vyana şəhərində yerləşən “Franz-Horr” stadionunda baş tutacaq.
Komandalar arasında Çex respublikasında keçirilən ilk görüşdə 0:0 hesabı qeydə alınıb.