- Baxış sayı: 95
- 27 Fevral 2026 21:37
- Baxış sayı: 207
- Mart 19, 2026
- 0

Dünən Bakı-2015-in qılıncoynatma yarışlarında milli komandamız nəhayət, sevinə bilib. Allsport.az saytı xəbər verir ki, sablyaçıların mübarizəsində “Neftçi” İdman Klubunun təmsil edən Sevil və Sevinc Bünyatova bacıları fəxri kürsüyə çıxıblar.
Adı ilk çəkilən idmançımız 2-ci yer tutub. Onun əkiz tayı 3-cü olub. Afina olimpiadasının iştirakçısı Səbina Mikina və Fatimə İbrahimova rəqabəti daha erkən dayandırıblar.