- Baxış sayı: 72
- 28 Sentyabr 2026 13:27
- Baxış sayı: 299
- Noyabr 09, 2026
- 0

Yeniyetmə qılıncoynadanımız Abbas Hüseynov Polşanın Konin şəhərində keçirilən “Cadet Circuit” beynəlxalq turnirində bürünc medal qazanıb.
Allsport.az xəbər verir ki, o, qrup mərhələsini 4 qələbə ilə başa vurub, şəxsi mübarizəsində pley-offda Böyük Britaniya, Fransa, Almaniya və Rumıniya təmsilçilərini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.
Təmsilçimiz finalın bir addımlığında turnirin qalibi fransalı Qael Boujrad-Benauda 14:15 hesabı ilə uduzub.