- Baxış sayı: 30
- 23 Aprel 2025 22:37
- Baxış sayı: 64
- Aprel 23, 2025
- 0
AFFA uşaq futbolunun inkişafı, aşağı yaş qrupları üzrə milli komandalar üçün oyunçuların hazırlanması məqsədi ilə “Elit-məşq” layihəsinə start verib. Allsport.az saytı xəbər verir ki, bununla əlaqədar bu gün AFFA-nın inzibati binasında premyer liqada iştirak edən klubların futbol akademiyalarının koordinatorları və məşqçiləri ilə görüş keçirilib.
Aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının koordinatoru, layihənin rəhbəri Miloş Velebit çıxış edərək layihə və fitnes-testlər barədə ətraflı məlumat verib. Məşq prosesləri üçün hazırlanmış videomaterial iştirakçılara göstərilib. Daha sonra məşqçiləri maraqlandıran məsələlər müzakirə olunub, suallar cavablandırılıb.