- Baxış sayı: 50
- 18 Aprel 2025 21:09
- Baxış sayı: 97
- Aprel 21, 2025
- 0
Peruda yeniyetmə ağırlıqqaldıranların dünya kuboku başa çatıb. Allsport.az saytı xəbər verir ki, qeyri-ənənəvi qaydada təşkil edilən yarışda millisi daha 3 medal qazanıb. Koronavirus pandemiyası səbəbindən idmançıların bir araya gələrək eyni məkanda yarışması mümkün deyil.
Bu səbəbdən də, İWF tərəfindən alternativ variant olaraq onlayn yarış keçirilməsi qərarı qəbul edilib. Kubokda iştirakı təsdiqlənən ölkələrin idmançılarının hər biri öz ölkəsində (məkan seçimi sərbəstdir) təyin olunan yarış vaxtında “Zoom” proqramı vasitəsilə qoşulur, hər biri öz yanaşmasını qaydalar uyğun və sıralama ilə yerinə yetirir.
73 kq-da “C” qrupunda Sənan Sahibov toplam 228 kq (100+128) nəticə ilə 4-cü yer tutub.
102 kq-da Əli Şükürlü birdən qaldırmada 145 kq-ı ram edərək bu hərəkətdə dünyanın ən yaxşısı olub. Təkanla165 kq-ı başı üzərinə qaldıran atletimiz gümüş medal qazanıb. Toplam 310 kq (145+165) nəticə o, 2-ci olub.
Bundan öncə, Murad Əliyev cəmdə 259 kq-la gümüş medala sahib çıxmışdı.