- Baxış sayı: 174
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 174
- Dekabr 05, 2025
- 0

“Keşlə” premyer liqanın 1-ci turunda evdə “Sumqayıt”a 0:2 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Sənan Qurbanov, ilk oyuna bir az gərgin başladıqlarını qeyd edib.
“2-ci hissəni bizim hesabımıza yazmaq olar. Futbolun tərs üzü ilə rastlaşdıq, əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Hesab oyuna görə olmadı. Biz ikinci hissəni hücumda keçirdik, “Sumqayıt” daha çox müdafiə olundu.
Üzülürük, amma gələcəyə baxmaq lazımdır. Başa düşürük ki, qalib gəlmək lazım idi. Çox qol imkanından yararlanmamağımız bizi üzdü”.