Əliş Nəzərov: Əminəm ki, bu uğur Avropa çempionatında yaxşı çıxış etməyimə təkan verəcək

Bu günlərdə Qahirədə keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının 5-ci ağırlıqqaldırma çempionatında milimizdən Əliş Nəzərov (102 kq) uğurlu çıxış edib. İstedadlı bahadır toplam 309 kq (142+167) nəticə ilə gümüş medal və Tokio-2020-yə lisenziya xalları qazanı. Gənc idmançı allsport.az saytına yarış təəssuratını bölüşüb və qarşıdakı hədəflərini açıqlayıb:

«Ölkəmiz tək idman nailiyyətləri deyil, yarışların yüksək səviyyədə keçirilməsi baxımından dünyada ön sıralarda olmasını beynəlxalq tədbirlərdə görürəm. Misirdə iştirak etdiyim çempionat təşkilatçılıq baxımından aşağı idi. Sözsüz, bu da yekunda öz təsirini göstərməyə bilməzdi. Təsəvvür edin, 15:00-da çəki oldu, bundan 2 saat sonra mübarizəyə başlamalı idim. Amma əvvəlki çəkilərdə çıxışlar bitmədiyindən, 4 saat gözləməli olduq. Boşuna vaxt keçirmək qələbəyə köklənən idmançıya psixoloji təsir edir.

Uğur qazanmağımda şəxsi məşqçim Vahid Nəzərova minnətdarlığımı bildirirəm. Bundan başqa, gənclər və idman nazirinni müavini İsmayıl İsmayılovla federasiyamızın vitse-prezidenti Tofiq Heydərovun üzərimdə əməyə böyükdür. Gələn il Gürcüstanın Batumi şəhərində Avropa çempionatı keçiriləcək. Əminəm ki, bu uğur orada yaxşı çıxış etməyimə təkan verəcək.

Təlim-məşqlərə gəlincə, bizdə yarışa 3-4ay öncədən əsas hazırlıq başlayır. Toplantı yay vaxtına təsadüf etdiyindən, müəəyyən çətinlk oldu. Buna rəğmən, məqsədə yetişdiyim üçün şadam. Təbii ki, başlıca hədəf Tokio oyunlarıdır. Məşqçilər heyəti daha çox etimad göstərərsə, özümü yenə doğruldub olimpiadaya yollanmaq istəyirəm.Valideynim, şəxsi məşqçimlə də çalışmaları bundan sonra davam etdirsəm, uğur qazanacağıma əminəm. Çünki Vahid Nəzərov tanınmış mütəxəssisdir, dünya və Avropa çempionları hazırlayıb. Əminəm ki, məni də o səviyyəyə çatdıracaq».

K.HACI

Həmin kateqoriyadan